Futzal üzrə DÇ-2028-in əsas mərhələsinin keçiriləcək Azərbaycan – Çexiya matçının hakimləri bəlli olub.
"Football-plus.az" xəbər verir ki, oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakim Kiara Perona olacaq. Ona Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Matçın "Timekeeper"i İmran Məhərrəmov olacaq.
Azərbaycan – Çexiya görüşü sabah Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək və saat 16.00-da başlayacaq.
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
İdman





