"İnanıram ki, uğurlu nəticə əldə edəcəyik" - Mikels

8.08.2024 07:56 365
Aktual / Konfrans Liqası
"Sabah"ın futbolçusu Coy-Lens Mikels Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Sent Patriks"lə ilk matçı haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi oyunöncəsi mətbuat konfransında belə deyib:

"Bizi çox çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, bu matç rəqib üçün də çox çətin olsun. Həftəboyu çox çalışmışıq. İnanıram ki, uğurlu nəticə əldə edəcəyik".

Qeyd edək ki, oyun saat 22.45-də başlayacaq.