"Söz verə bilərəm ki, mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik" - Silva

9.12.2025 19:41 9
Avrokuboklar / Aktual
"Qarabağ" sabah Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində "Ayaks"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Mateus Silva oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

- Bizi sabah çox ciddi oyun gözləyir. Təssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidi. Bilirik ki, meydanda nə edəcəyik. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Bu mövsüm yaxşı performans göstərirsiz. Bunun davamını görə bilərik?
- Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım da yüksək performans göstərməlidi. Söz verə bilərəm ki, mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.

- Sabah "Qarabağ" üçün həlledici oyunlardan biri olacaq. Komandada həyəcan var?
- Çempionlar Liqasında bütün oyunlar böyükdü. Amma hansısa həyəcan yoxdu. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq.

- Ötən mövsüm "Ayaks"a 0:3 hesabı ilə uduzmuşduz. Qisas hissi var?
- Doğrudu. Bu gün onu deyə bilərəm ki, vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik.

- Adınız "Flamenqo" ilə hallanırdı. Bu, doğrudu?
- Bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Yolun ortasındayıq. Öz missiyamız var. Onu bitirməliyik. Bir işə köklənmişik. Diqqətimiz yayınmamalıdı. Düşünmək üçün vaxt var. Missiyamızı başa vurmalıyıq.