"Əlimizdən gələni edəcəyik ki, mərhələni adlayan tərəf biz olaq" - Bəhlul Mustafazadə

27.08.2024 18:14 353
Manşet / Çempionlar Liqası
"Qarabağ" sabah ÇL-in pley-offunun cavab matçında Zaqreb "Dinamo"sunu qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın futbolçusu Bəhlul Mustafazadə matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Düşünürəm ki, bizi gərgin və maraqlı oyun gözləyir. Hər birimiz matça yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, mərhələni adlayan tərəf biz olaq.

- İlk oyundan sonra müdafiə xəttiylə bağlı tənqidlər artdı. Bu sizin üçün təzyiq yaradırmı?
- Qol buraxmışıqsa, deməli səhvlər etmişik. Təzyiq futbolun bir parçasıdı. Bundan nəticə çıxarıb daha yaxşısını etməliyik.

- Komandanın üzərində hansısa təzyiq var, yoxsa sakitsiz?
- Ən önəmlisi sabah sakit olmaqdı. Təzyiq hiss etmirik.

KƏNAN BAHADIR