''Beşiktaş'' kapitanını iki həftəliyə itirdi

17.10.2026 13:30 27
Dünya futbolu
''Beşiktaş'' son oyunda zədələnən Orkun Kökçünün durumu ilə bağlı rəsmi açıqlama verib.

Qeyd edək ki, kapitan Avropa Liqasında ''Hoffenhaym''a qarşı səfər matçının ilk yarısında zədə almış və fasilədə əvəzlənmişdi. Klub tərəfindən Orkunun tibbi müayinəsinin nəticələri paylaşılıb. Orda futbolçunun sağ ayağının dabanında kiçik yırtıq aşkarlandığı, eləcə də topuğunda zədə olduğu qeyd olunub. Tibbi personal bu gündən Orkunun müalicəsinə başlayıb.

Yağız Sabuncuoğlunun xəbərinə görə ulduz futbolçu bu zədə üzündən ən azı iki həftəliyə sıradan çıxıb. Bu isə o deməkdi ki, Türkiyə yığmasının üzvü bazar ertəsi ''Trabzonspor''a qarşı baş tutacaq prinsipial oyunda komandasına yardım edə bilməyəcək.

Bundan başqa Orkun gələn həftəiçi AL-də ''Kristal Pelas'' və növbəti turda ''İstanbul BŞ'' ilə oyunları da buraxacaq. O ən yaxşı halda noyabrın 1-də ''Kasımpaşa'' ilə oyunda sıraya dönəcək.