Türkiyə futboluna gözləniləndən tez adaptasiya olunan Aleksey Batrakov ''Qalatasaray''da yavaş-yavaş adından söz etdirməyə başlayıb.
Çempionlar Liqasında ''Barselona'' və ''Lill''in qapısına yol tapan gənc rusiyalı yarımmüdafiəçi superliqanın son turunda Konya səfərində də adından söz etdirərək oyunu qol və məhsuldar ötürmə ilə tamamladı. Avropa nəhənglərinin bu futbolçuya olan marağı da artır. O, ''Barselona', PSJ, ''Arsenal'' və ''Liverpul''un maraq dairəsindədi. Hətta ''Liverpul'' artıq ciddi addımlar atmaq qərarına gəlib.
Mersisaydlılar ''Rams Park''a öz skautlarını göndərmək niyyətindədilər. Bunun üçün hətta ''Qalatasaray''a VIP-lojada yer ayrılması üçün xüsusi müraciət ünvanlanıb. ''Liverpul'' rəsmiləri Batrakovu Çempionlar Liqasında ''Ştutqart''a qarşı oyunda canlı olaraq izləyəcək.
Türkiyə karyerasında indiyə qədər 11 rəsmi oyunda aktivinə 3 qol, 3 məhsuldar ötürmə yazan Batrakovun transfer dəyəri 28 milyon avrodu. ''Qalatasaray'' onu 25 milyon avroya transfer edib. Müqavilədə 55 milyon avroluq satış maddəsinin olduğu bildirilsə də, bununla bağlı rəsmi açıqlama verilməyib.
''Liverpul'' bu futbolçunu izləyə bilmək üçün ''Qalatasaray''dan VIP-lojada yer istədi
Dünya futbolu





