“Qalatasaray” yenə “Liverpul”a gücünü göstərdi!

11.03.2026 00:18 11
Avrokuboklar
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

“Qalatasaray” bir qədər əvvəl başa çatan oyunda evdə “Liverpul”a 1:0 hesabıyla qalib gəldi. Yeganə qolu 7-ci dəqiqədə Lemina vurdu.

Xatırladaq ki, bu komandalar turnirin Liqa mərhələsində də üz-üzə gəlmiş, sentyabrın 30-da keçirilən həmin oyun da türklərin 1:0 hesablı qələbəsiylə bitmişdi.

“Liverpul”la “Qalatasaray” arasındakı cavab görüşü martın 18-də İngiltərədə keçiriləcək.