Premyer-liqanın 10-cu turunda “Neftçi” səfərdə “Şamaxı”nı məğlub etdi - 3:2.
Matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransı keçirdi
- Bu gün heç də pis oyun olmadı. İntensiv mübarizə getdi. Həm hücumda, həm də müdafiədə maraqlı oyun izlədik. “Şamaxı”nın asan rəqib olmadığını bilirdik. Təsadüfi deyil ki, turnir cədvəlində 7-ci pillədə qərarlaşıblar. Buna görə də 3 xal qazanmaq üçün çox işləməli olduğumuzu anlayırdıq.
Xüsusilə ilk 5-7 dəqiqədə rəqib çoxlu hücum qurdu. Daha sonra toparlandıq və qol vurduq. Buna baxmayaraq, qapımızda qol gördük və fasiləyə heç-heçə ilə yollandıq. Paltardəyişmə otağında futbolçularla danışdıq, daha intensiv oynamağı tapşırdıq. Burda xal itirə bilməzdik.
İkinci hissədə futbolçularımın oyunundan razı qaldım. Rəqibin elə də çox qol imkanı olmadı. Buna baxmayaraq, fərqlənə bildilər. Biz də bu məqamda dəyişikliklər etdik. Adeleke Akinyemi meydana daxil oldu və qol vurdu.
Burda oynamaq da asan deyildi. Dağlıq ərazidi, sanki oksigen çatışmır. Futbolçularımız nəfəs almaqda çətinlik çəkirdilər. Əsas odu ki, qalib gəldik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Onların dəstəyi ilə meydanda daha böyük üstünlük əldə edirik.
İSRAYIL XEYRULLAYEV
“Futbolçularımız nəfəs almaqda çətinlik çəkirdilər” - Yuri Vernidub
Ölkə futbolu / Manşet





