"Qalatasaray" yenə "Liverpul"la üz-üzə - ÇL-də 1/8 finalın püşkü atıldı

27.02.2026 15:29 24
Avrokuboklar
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə 1/8 final cütlükləri məüyyənləşib

Türkiyə təmsilçisi "Qalatasaray" "Liverpul"a rəqib olub. "Qarabağ"ı "pley-off"da mübarizədən kənarlaşdıran "Nyukasl" isə 1/4 final uğrunda "Barselona" ilə mübarizə aparacaq.

Bayer-04 (ALmaniya) - Arsenal (İngiltərə)
Qalatasaray (Türkiyə) - Liverpul (İngiltərə)
PSJ (Fransa) - Çelsi (İngiltərə)
Bude/Qlimt (Norveç) - Sportinq (Portuqaliya)
Real (İspaniya) - Mançester Siti (İngiltərə)
Nyukasl (İngiltərə) - Barselona (İspaniya)
Atletiko (İspaniya) - Tottenhem (İngiltərə)
Atalanta (İtaliya) - Bavariya (Almaniya)


1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.