"Sabah"ın Çempionlar Liqasının liqa mərhələsində qarşılaşacağı "Vikinq" Norveç çempionatında 25-ci turun oyununu keçirib. "Bude/Qlimt"in qonağı olan komanda səfərdən məğlub qayıdıb (2:3). Meydan sahibləri qələbə sayəsində lider "Vikinq"lə xalını bərabərləşdirib (59 xal). Hazırda "bayquşlar"ın rəqibi top fərqinə görə birinci sıradadı.
"Football-plus.az" xəbər verir ki, "Vikinq"in baş məşqçisi Morten Yensen bu matçda aşağıdakı heyətin xidmətindən yararlanıb:
1. Arild Östbö, 28. Kristoffer Hauqen (19. Amin Kosik, 90+5), 25. Henrik Falşener, 6. Canni Stensness, 5. Henrik Heqqheym (26. Smen Kvia-Eqeskoq, 66), 8. Joy Bell (2. Herman Hauqen, 66), 16. Henrik Byördal (3. Vilyar Vevatne, 90+1), 7. Kristoffer Askildsen (29. Tobyas Moy, 67), 10. Zlatko Tripik (k), 20. Peter Kristiansen, 22. Erik Botheym.
Oyunda "Bude/Qlimt" 2:0 hesabıyla önə keçib. "Vikinq" ardıcıl qollarla hesaba tarazlıq gətirib. Lakin daha bir qol vuran meydan sahibləri qalib gəlib. Bütün qollar ilk hissədə vurulub. Qonaqlar bu matçda meydana 4-3-3 taktiki sxemi ilə çıxıblar.
Oyunda 5 sarı vərəqə göstərilib ki, hamısını "Vikinq"in oyunçuları görüb. Hər iki komandanın baş məşqçisi birinci hissənin sonlarında mübahisə etdiklərinə görə qırmızı vərəqə alıblar.
Xatırladaq ki, "Vikinq" - "Sabah" görüşü noyabrın 4-dən 5-ə keçən gecə saat 00.00-da start götürəcək.
KƏNAN BAHADIR
"Vikinq" "Sabah"la matçdan əvvəl büdrədi - məğlubiyyət, sarı və qırmızı vərəqələr...
Avrokuboklar





