Vinçentso Montella ilə yollarını ayıraraq Sərgən Yalçını yığma komandanın başına gətirən Türkiyə Futbol Federasiyasının yeni bir layihə üzərində çalışdığı məlum olub.
Federasiya Avropanın müxtəlif ölkələrində forma geyən türkəsilli futbolçuları daha yaxından təqib etmək və böyük potensial vəd edən qürbətçiləri yığmaya qazandırmaq üçün belə desək, oyunçu izləmə komitəsi yaratmaq qərarına gəlib. Bu komitənin başına yığma komandanın sabiq üzvü Yıldıray Baştürkün gətiriləcəyi bildirilir. Baştürk Türkiyənin aşağı yaş qruplarından ibarət komandaları üçün Avropadan oyunçu izləyərək baş koordinator olacaq.
Bundan başqa ona Mehmet Ekici, Oğuzhan Özyakup və İbrahim Dağaşan da yardım edəcək. Bu isimlərin hər birinə Avropanın konkret ölkələrini izləmək tapşırılacaq. Ekici Almaniyada, Dağaşan Fransada, Özyakup isə Belçika və Niderlandda istedadlı türkiyəli yeniyetmələri tapıb üzə çıxaracaq. Federasiya bununla da yığma üçün oyunçu ''hovuzunu'' genişləndirmək, eləcə də istedadlı isimləri yeniyetmə yaşlarından nəzarətdə saxlamaq niyyətindədi.
Layihə tamamlandıqdan sonra federasiyadan bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
TFF-nin yeni Avropa layihəsi var - sabiq ulduzlara iş veriləcək
Dünya futbolu





