Onu “Liverpul” da hədəfə aldı

11.03.2025 23:35 6
Dünya futbolu
Aleksander İsakın müştərilərinin sayı durmadan artır.

“Çelsi”, “Arsenal” və “Barselona”nın maraq dairəsində olan “Nyukasl”ın hücumçusu “Liverpul”a da keçə bilər. “The Athletic”in xəbərinə görə, mersisaydlılar yayda 25 yaşlı futbolçunu transfer etməyi planlaşdırırlar. Mövsüm başa çatdıqdan sonra klubun “Nyukasl”a rəsmi təklif göndərəcəyi bildirilib.

İsak bu mövsüm “Nyukasl”da 31 oyuna 22 qol vurub və 5 məhsuldar ötürmə edib.