Hazırda Rusiya yığmasının düşərgəsində olan gənc yarımmüdafiəçi ''Cim-Bom'' fanatlarına tərif yağdırıb:
''Qalatasaray''ın tribunalarındakı atmosfer heç bir komanda ilə müqayisə oluna bilməz. Çox böyük zövq alıram. Ötən gün qarşıma ''Liverpul''un sabiq futbolçusu Endryu Robertsonun açıqlamaları çıxdı. Zatən o da gördüyü ən güclü atmosferin ''Qalatasaray''ın stadionunda olduğunu söyləyir. Qarşıdan Çempionlar Liqasında ''Barselona'' ilə oyun gəlir. O oyunda da inanılmaz atmosferin olacağına əminəm. Komanda ilə fanatlar arasındakı anlaşma tamam başqa səviyyədədi. ''Kocaelispor''a qarşı son ev oyunumuzda ehtiyatda qalmışdım. İkinci hissədə isinmə hərəkətlərinə başladığım andan etibarən tribunada gurultu qopdu. Tüklərim biz-biz oldu. Az qala məşqçiyə ''mən hazıram, dərhal oynamaq istəyirəm'' deyəcəkdim. ''Qalatasaray''da olmaq, bu ab-havanı yaşaya bilmək böyük xoşbəxtlikdi''.






