Türkiyə çempionatında 10-cu turun açılış oyununda ''Qalatasaray'' ''Konyaspor''un qonağı oldu.
Okan Burukun dönəmində ''Cim-Bom'' əvvəlki mövsümlərdə bir neçə dəfə Konyada büdrəmişdi. Bu dəfə isə İstanbul nəhəngi rəqibinə heç bir şans verməyərək 4 cavabsız qolla qalib gəldi. İlk yarıda Osimhen ilə Yunus Akgün fərqləndisə, ikinci hissədə Batrakov və Leao superliqada ilk qollarını vurdular. Penaltini dəqiq yerinə yetirən Leao ümumiyyətlə, Türkiyə karyerasında ilk qolunu vurdu. ''Qalatasaray'' 13 gün ərzində 4-cü qələbəsini qazanmaqla liderliyini davam etdirdi.
Komanda daha öncə ''Gənclərbirliyi'', ''Lill'', Osimhen həm superliqada 9-cu qolunu vuraraq bombardirlər yarışında liderliyə yüksəldi, həm də ''sarı-qırmızılar''ın heyətində ümumilikdə 69 qol həddinə çatdı.
77 qolu olan Mauro İkardinin rekordunu yeniləyərək klub tarixinin ən məhsuldar əcnəbi futbolçusuna çevrilmək üçün nigeriyalı ulduzun cəmi 9 qola ehtiyacı var.
Okan Buruk ''Qalatasaray''ın başında Türkiyə çempionatında 19-cu dəfə ən azı 4 top fərqli qələbəyə sevindi və bu göstəricidə klub tarixində yalnız Fatih Terim (36) ilə Gündüz Kılıçdan (21) geri qalır.
''Qalatasaray'' 13 gündə 4-cü qələbəsini qazandı - Osimhen İkardiyə bir addım da yaxınlaşdı
Dünya futbolu





