Türkiyənin 1-ci liqasında 13-cü turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Toral Bayramovun formasını geydiyi "Bursaspor" "Bandırmaspor"u qəbul edib. Qarşılaşma Bursa təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Toral oyuna start heyətində başlayıb və sonadək meydanda mübarizə aparıb. O, 7-ci dəqiqədə komandasının ilk qolunda məhsuldar ötürmə edib.
Xallarının sayını 31-ə çatdıran "Bursaspor" 1-ci pillədəki mövqeyini möhkəmləndirib.
Toral start heyətində oynadı, məhsuldar ötürmə etdi
Dünya futbolu





