''Qalatasaray'' ilk qələbəni darmadağınla qazandı

22.08.2026 15:11 2
Dünya futbolu
Türkiyə çempionatında 2-ci tura Ərzurumda start verildi. İlk turda evdə debütant ''Çorum''la 2:2 bərabərə qalan son çempion 2-ci turda digər debütant ''Ərzurumspor''un qonağı oldu.

"Football-plus.az" xəbər verir ki, bu dəfə İstanbul nəhəngi əvvəldən sona qədər inamlı təsir bağışlayaraq rəqibinə heç bir şans vermədi. ''Qalatasaray'' Roland Şallai, Yunus Akgünün qolları və Viktor Osimhenin dublu sayəsində 4:0 üstün oldu. Beləliklə, ''Cim-Bom'' mövsümdə ilk qələbəsini qazanaraq xalını 4-ə yüksəltdi.

Hər iki turda dubl edən Osimhen mövsümə əla start verib. Türkiyə çempionatında iştirak etdiyi ardıcıl 14-cü oyunda məhsuldar hərəkətlə yadda qalan ulduz futbolçu 4 qolla bombardirlər yarışına başçılıq edir. O, son 25 ildə ilk iki turda 4 qol vuran ilk ''Qalatasaray''lıdı. 2001-də Mario Jardel iki tura 5 qol vurmuşdu.

''Sarı-qırmızılar'' Okan Burukun dönəmində debütantlara qarşı 26 oyunun cəmi 1-də uduzub (22 qələbə, 3 heç-heçə). ''Qalatasaray'' Türkiyə çempionatında ümumilikdə 163-cü dəfə ən azı 4 top fərqli qələbə qazandı və bu göstəricidə turnirin rekordçusudu. Bu qələbələrdən 18-i Okan Burukun dönəmində əldə olunub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul