"Sonuncu pillədə olduğumuz üçün futbolçular həyəcan keçirir" - Yuri Maksimov

31.10.2026 19:15 36
Ölkə futbolu / Manşet
"Araz-Naxçıvan" Misli premyer-liqasının 10-cu turunda "Zirə" ilə heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar. Deyərdim ki, gücləri çatmadı. 3 xal qazansaq, təbii ki, yaxşı olardı. Növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik.

- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- Düşünürəm ki, 2 xal itirməsək, yaxşı olardı.

- Futbolçularınız epizodları qaçırırdı. Məsuliyyət çatmır?
- Sonuncu pillədə olduğumuz üçün futbolçular həyəcan keçirir. Yuxarı pillələrdə olsaq, daha yaxşı oyun göstərə bilərdik.