Türkiyə çempionatının 7-ci turunda ''Qalatasaray'' ''Antalyaspor''un qonağı oldu.
Okan Burukun dönəmində bu rəqiblə oyunlarda heç vaxt xal itirməyən İstanbul nəhəngi bu ənənəni davam etdirdi. Son çempion 3:0 hesablı inamlı qələbə qazandı. Dubl edən İkardi Türkiyə çempionatında vurduğu qolların sayını 51-ə yüksəltdi. O klub tarixində George Hacidən sonra 50 qol həddini keçən cəmi 2-ci əcnəbi futbolçu oldu! Daha bir qolu aktivinə nigeriyalı ulduz Viktor Osimhen yazdı.
Xalını 25-ə, qol sayını 27-yə çatdıran ''Qalatasaray'' 9-cu turlar üçün hər iki göstəricidə şəxsi rekordunu tekrarladı. Və nəhayət, ''Qalatasaray'' səfərdə ardıcıl 13-cü qələbəni qazanmaqla Türkiyə çempionatı tarixinin yeni rekordunu müəyyənləşdirdi. Hərçənd ''Opta''nın versiyasına görə ''Cim-Bom'' sadəcə əvvəlki rekordu təkrarlayıb.
ƏLİ