İntizamsızlıq etdi, əsas komandadan kənarda qaldı

31.10.2026 17:34 36
Dünya futbolu
“Everton” rəhbərliyi Cek Qrilişi cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi intizam qaydalarını pozduğu üçün əsas komandadan kənarlaşdırılıb.

31 yaşlı futbolçu bu səbəbdən İngiltərə Liqa Kubokunun 1/8 finalının “Nyukasl”la matçının iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, matç “Everton”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Qriliş bu yay ikinci dəfə “Mançester Siti”dən icarə əsasında “Everton”a keçib. O, ötən mövsüm də Liverpul klubunda icarə əsasında çıxış edib.