İtalyanodan ''Napoli'' etirafı - ''Onunla aramızda platonik sevgi var''

31.10.2026 16:36 27
Dünya futbolu
''Beşiktaş''ın baş məşqçisi Vinçentso İtalyano vətəni İtaliya mətbuatına açıqlamalar verib. O, yayda Türkiyəyə gəlmədən öncə ''Napoli''nin maraq dairəsində olsa da, bu təyinat baş tutmadı.

48 yaşlı mütəxəssis həm bu məqam, həm də ''Beşiktaş''da yaşadıqlarına dair açıqlamalar verərək bunları deyib:

''Napoli'' başqanı Aurelio De Laurentis ilə aramızda bəlkə də sonsuza qədər belə qalmağa məhkum olan platonik bir sevgi var. Aramızda heç cür normal bir təmas qurulmur. Mənə qarşı duyduğu və hər zaman da duymuş olduğu hörmətdən məmnunam. Amma yekunda hər kəs öz seçimini edir. Onlar bir yola baş vurdular, mən də başqa yolu seçdim. Daxili çempionatda çempionluq qazanmaq hər zaman mənim əsas arzumdu. Türkiyədə çox rahatam və özümü tapmışam. Köməkçilərim, klubda çalışanlar... Məni yalnız yaxşı insanlar əhatə edir. Hər gün gözəl bir sürpriz yaşayıram. Çünki bu qədər qısa müddətdə burda insanlarla bu dərəcədə gözəl münasibətlər quracağımı təsəvvür etmirdim. Superliqanı qazanmaq istəyirəm. Bu, burdakı insanlar və rəhbərlik üçün də mükəmməl bir hədiyyə olardı''.