Türkiyə superliqasında 10-cu turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Nəriman Axundzadənin formasını geydiyi "Ərzurumspor" "Çorum"u qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman bu matçın iştirakçısı olmayıb. 22 yaşlı forvard sona qədər ehtiyatda qalıb. Millimizin üzvü superliqa təmsilçisinin heyətində 3 rəsmi matçda cəmi 55 dəqiqə meydanda olub.
10 turdan sonra 14 xal toplayan "Ərzurumspor" 9-cu pillədə qərarlaşıb.
"Ərzurumspor" Nərimana ehtiyac duymadı
Dünya futbolu





