AFFA “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevi cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Buna Misli premyer-liqasında 30-cu turun “Turan Tovuz” – “Sabah” oyununda baş verənlər səbəb olub. Berdıyev görüşün 19-cu dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib.
Buna görə mütəxəssis 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. “Turan Tovuz” 4000 manat cərimələnib.