“Daha da yaxşı oynaya bilərdik” – Kurban Berdıyev

25.05.2025 19:22 18
Ölkə futbolu / Manşet
“Turan Tovuz” Misli premyer-liqasının 36-cı turunda evdə “Kəpəz”i darmadağın etdi - 4:0.

“Football-plus.az” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev oyundan sonra jurnalistlər önünə çıxıb.

- Oyundan məmnun qaldım. Mövsümün son matçında azarkeşlərə sevinc verə bildik. Daha da yaxşı oynaya bilərdik.

- Məlumdu ki, qış fasiləsindən sonra “Kəpəz”ə böyük hesabla məğlub olmuşduz. Bugünkü matçda qisas hissi var idi?
- Həmin matçı xatırladıq. Oyundan öncə bilə bilməzdik ki, belə böyük hesab qeydə alınacaq.

- “Turan Tovuz”un taleyi “Qarabağ”dan asılıdı. Həmin matçı burdan izləyəcəksiz, yoxsa vətəninizə qayıdacaqsız?
- Bəli, burdan baxacam.

- Yığmanın heyəti açıqlanıb. “Turan Tovuz”da milliyə layiq futbolçu yoxdu?
- Millinin baş məşqçisinin qərarıdı.

ƏSƏD SEYİDOV