“Bu nəticəni ədalətli adlandırmaq olar” – Kurban Berdıyev

24.11.2024 20:35 450
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 14-cü turunda “Turan Tovuz” “Sabah”la heç-heçə etdi.

“Football-plus.az” xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Fikirləşirəm ki, bu gün güclü rəqibə qarşı oynadıq. Yaxşı komplektləşdirilmiş komanda idi. Demək olardı ki, uğursuz məqamdan top buraxdıq. Bu nəticəni ədalətli adlandırmaq olar.

- Komandanın 60-cı dəqiqədən sonra oyundan qopmasının səbəbi nə idi?
- Fikirləşirəm ki, bu əsasən hesabı qorumağla bağlı oldu. Ancaq həmin templə və istəklə davam etmək də olardı.

- Qarşıdakı oyuna 6 xallıq matç kimi baxırsızmı?
- İstənilən halda hazırlaşırıq. Öz işimizi görəcəyik və növbəti oyuna hazırlaşacağıq.

- Oyun planı nədən ibarət idi və nə alınmadı?
- Bu barədə uzun danışmaq olar. İkinci hissədə lazım olanları yerinə yetirmədilər.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul