Ronaldo 67-ci het-triklə 985 qola çatdı

30.10.2026 17:51 36
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda ''Əl-Nəssr'' doğma meydanda ''Əl-Xolud''u qəbul etdi. İlk yarısı 2:2 bitən matçda meydan sahiblərində Anjelo ilə Sadio Mane fərqləndi.

İkinci hissə Kriştiano Ronaldonun benefisinə çevrildi. Portuqaliyalı superulduz 66, 72, 81-ci dəqiqələrdə fərqlənməklə 15 dəqiqəyə het-trik etdi və son çempion yekunda 5:3 hesabı ilə qalib gəldi. 41 yaşlı futbolçu son 2,5 ildə ilk, karyerasının isə 67-ci het-trikini rəsmiləşdirdi. O, son het-trikini 2024-ün mayında yenə də ''Əl-Nəssr''in heyətində ''Əl-Vahda'' ilə oyunda etmişdi. Bu 67 het-trikdən 57-ni klub səviyyəsində, 10-nu yığmanın heyətində edib.

Bununla da Ronaldo tarixi 1000 qol hədəfinə bir qədər də yaxınlaşdı. İndi onun aktivində artıq 985 qol var. Bu mövsüm Ronaldo ''Əl-Nəssr''də 12 rəsmi oyunda 8 qol vurub.