“Sabah” - “Trabzonspor” matçının biletləri satışdadı

30.10.2026 16:17 63
İdman
FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “Sabah” və Türkiyənin “Trabzonspor” basketbol komandaları arasında keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, A qrupunun dördüncü turu çərçivəsində baş tutacaq görüş noyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.

Biletlərin qiyməti 2, 3, 10 və 100 manat təşkil edir. Biletləri “iticket.az” saytından əldə etmək mümkündü.