“Araz-Naxçıvan”ın “Səbail”dən fərqi nədi? – Cavid Hüseynov müəmması...

30.08.2026 18:30 5
Ölkə futbolu / Aktual
Bilindiyi kimi, “Araz-Naxçıvan” bu yaxınlarda lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılovu əsas komandanın baş məşqçi təyin etdi. Bununla belə, rəhbərliyin klubdaxili qərarına əsasən, nəticələrə, məşq və oyunlarının idarə olunmasına, taktiki-texniki hazırlığa və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamalar vermək) cavabdehlik Cavid Hüseynova həvalə olundu.

İş ondadı ki, Cavid bəy “Səbail”in baş məşqşisi olduğu vaxtlarda mətbuat konfranslarında iştirak edirdi. Maraqlıdı, lisenziyalaşdırma qaydaları dəyişdirilib, yoxsa burda başqa səbəb var?

“Football-plus.az”ın sualını PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev cavabladı:

“Səbail” vaxtilə premyer-liqa lisenziyası üçün müraciət etdiyinə görə A kateqoriyasına malik baş məşqçinin cəlb olunması, onun mətbuat konfransında iştirakı normaldı. “Araz Naxçıvan” isə avrokuboklara lisenziya üçün müraciət edib. Belədə baş məşqçinin PRO kateqoriyası olmalıdı. Hazırda “Araz Naxçıvan”ın baş məşqçisi PRO lisenziyasına sahib Zaur İsmayılovdu və ilk turlarda olduğu kimi mətbuat konfranslarında o iştirak edəcək”.

Xatırladaq ki, ilk turda “İmişli” ilə qolsuz “sülh”ə razılaşan “qırmızı-ağlar” növbəti oyunda “Neftçi”nin meydanında darmadağın olub (0:5). Komanda avqustun 31-də “Sabah”ı qəbul edəcək.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul