Yeni futbol mövsümü avqustun 4-də start götürsə də, ölkə kuboku ilə bağlı susqunluq hökm sürür.
Turnir nə vaxt start götürəcək? 2-ci liqa ilə Region Liqası təmsilçilərinə də iştirak şansı tanınacaqmı? Püşkatma mərasimi nə vaxt reallaşacaq? Bu sualları aydınlaşdırmaq üçün PFL-in texnişi-idman direktoru Elgiz Abbasova müraciət etdik:
"Ölkə kubokunun 2023/24 mövsümü ilə bağlı detallara bazar ertəsi tam aydınlıq gələcək. Amma ümumi götürsək, yeni mövsümdə turnirdə komandaların sayı artacaq. 1-ci və 2-ci liqa təmsilçiləri də hamılıqla ölkə kubokunda iştirak edəcək. Region Liqası klublarının turnirdə iştirakı nəzərdə tutulmayıb. Ümumilikdə 34 komanda kubok uğrunda mübarizəyə qoşulacaq. Formata gəlincə, yarış 1-ci, 2-ci təsnifat, 1/8 final, 1/4 final, yarımfinal və finaldan ibarət olacaq. Mübarizəyə əvvəlcə 2-ci liqa təmsilçiləri qoşulacaq".
ABDULLA İSMAYILOĞLU