Azərbaycan kubokunun 2026/27 mövsümünün 1-ci təsnifat mərhələsinin oyun cədvəli məlum olub.
"Football-plus.az" xəbər verir ki, matçlar 7, 8 və 9 oktyabr tarixlərində keçiriləcək.
7 oktyabr (çərşənbə)
14.30. “Qaradağ Lökbatan” – “Şəki”
Lökbatan OİK stadionu
14.30. “Şəmkir” – “Ağstafa Gəncləri”
Şirvan OİK stadionu
8 oktyabr (cümə axşamı)
14.00. “Difai” – “Zəngəzur”
Palms Sports Futbol Mərkəzi (IV meydança)
14.30. “Marafon” – “Dinamo”
“Marafon Arena”
14.30. “Şirvan” – “Kür-Araz”
Şirvan OİK stadionu
9 oktyabr (cümə)
14.30. “Ağdaş” – “Hypers”
Ağdaş şəhər stadionu
Qeyd edək ki, oktyabrın 1-də Sabirabad rayonunda yerləşən “Marafon Arena”da Peşəkar Futbol Liqası tərəfindən yekun təftiş və test oyunu həyata keçirilib. Məhz bu təftişin nəticəsinə uyğun olaraq müvafiq addımlar atılıb. PFL tərəfindən stadionun uyğunluğu təsdiq olunub və “Marafon” ev oyunlarını “Marafon Arena”da keçirəcək.
Ölkə kuboku başlayır - ilk oyunlar gələn həftə olacaq
Ölkə futbolu






