"Barselona" və "Atletiko" növbəti dəfə Antuan Qrizmannın transfer şərtlərini razılaşdırmağa çalışacaq.
"Football-plus.az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunun hüquqlarını 25 milyon avroya verməyə hazırdı.
Daha əvvəl "Barsa"nın "Atletiko"nu məhkəməyə vermək niyyətində olduğu məlum olub. Kataloniya rəhbərliyi hesab edir ki, madridlilər bonusları ödəməmək üçün Qrizmannın meydanda olma vaxtını məqsədli şəkildə məhdudlaşdırır.
İki mövsümdə matçların 50 faizində ən azı 45 dəqiqə meydanda keçirsə, "Atletiko" futbolçunu 40 milyon avroya almalıdı.