“Atletiko” UEFA-ya şikayət etdi

23.03.2025 11:47 10
Dünya futbolu
“Atletiko” UEFA-ya müraciət edib.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalının “Atletiko” – “Real” cavab matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüşdə “Real” 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Komandalar 30 dəqiqəlik əlavə vaxtda hesabı dəyişə bilməyiblər. Penalti seriyasında isə “Real” 4:2 hesabıya üstün olaraq mərhələni adlayıb.

“Atletiko” rəhbərliyi “Real”ın futbolçularının davranışları ilə bağlı təşkilata şikayət göndərib. “Mundo Deportivo” nəşrinin məlumatına görə, Madrid klubu şikayətə “kral klubu”nun futbolçularının qeyri-adekvat davranışı ilə bağlı 4 video əlavə edib.

Həmin materiallarda Antonio Rüdigerin və Vinisius Juniorun “Atletiko”nun azarkeşlərinə qıcıqlandırıcı jestlər etdikləri görünür. “Real”ın daha iki futbolçusu - Kilian Mbappe və Daniel Sebalyosun rəqib azarkeşlərinə qeyri-etik hərəkətlər etdikləri də videolarda əksini tapıb.