Jurnalist Xorxe Valdanonun “Qızıl top”la bağlı sualını cavablayan ispaniyalı futbolçu fikrini belə ifadə edib:
“Mən bunu kimə verərdim? Dünyanın ən yaxşı futbolçusuna. Bəs kimə veriləcək? Bu artıq çox uzun söhbətdi... Səmimi desəm, məncə, dünyanın ən yaxşı iki futbolçusu var və bu il qazandıqlarıma görə mükafata mən layiqəm. Mənim üçün dünyanın ən yaxşı iki futbolçusu Mbappe və mənəm. Mənim üçün bu aydındı və oyunlara baxan hər kəs bunu bilir”.
Xatırladaq ki, “Qızıl top”un təqdimat mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.





