"Araz-Naxçıvan" Varşavaya bir legionerlə yollandı

25.10.2026 15:36 27
İdman
Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal komandası bu gün Bakı-İstanbul-Varşava hava reysi ilə Polşaya yollanıb.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz iştirak ərizəsini artıq UEFA-ya təqim edib. Komandanı oyunlara çıxaracaq məşqçi Fərid Ələkbərovun sərəncamında 14 futzalçı olacaq. Onlardan yalnız biri legioner, qalanı isə yerli oyunçulardı.

Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov

Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə

"Araz-Naxçıvan" oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Hersoqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a qarşı keçirəcək.

5-ci qrupun oyunları Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək.