Ramiq Hacıyev ardıcıl ikinci oyunda fərqləndi - İCMAL

28.10.2026 18:40 18
Reportaj
8 oyunun dördündə 0:0 hesabı qeydə alınırsa, hansısa yüksək məhsuldarlıqdan danışmağa dəyməz.

Ukrayna çempionatının 10-cu turunda mənzərə belə oldu. Rəqib qapısına yol tapa bilməyən “Şaxtyor” liderliyi “Polesye”yə təhvil verdi.

İqor Kostyuk istafaya göndəriləndən sonra “Dinamo”da baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Matsey Kencyorek debütdə inamlı qələbəyə sevindi. Kiyevlilər “Kudrovka” ilə oyunda üç qol vurdu, ancaq qapısını da toxunulmaz saxlaya bilmədi.

“Dinamo” qələbə qazansa da, 3-cü yerə yüksəlməsi mümkün olmadı. Ona görə ki, “Xarkov” da səfərdə “Episentr”i məğlub etdi. Özü də azərbaycanlı Ramiq Hacıyevin hesabı açdığı oyunda! Hesab fasilədən dərhal sonra açıldı. Müdafiəçilərin cərimə meydançasında nəzarətsiz qoyduğu soydaşımız ardıcıl 2-ci oyunda fərqləndi. “Episentr” 65-ci dəqiqədə hesabı bərabərləşdirsə də, qonaqların son hücumu qolla nəticələndi. “Xarkov” ardıcıl 6-cı qələbə ilə liderlər qrupunda yerini qorudu.

Girişdə “Şaxtyor”un xal itirdiyini vurğuladıq. Oktyabrda sıx qrafik üzrə oynayan donetsklilərin “Zarya” ilə oyunda xal itirməsi gözlənilən idi. Arda Turan geniş rotasiyaya əl atmışdı, onun komandası hədsiz aşağı sürətlə oynadı ki, bu da luqansklıların işini asanlaşdırdı.

Artıq zirvədə “Şaxtyor” yox, “Polesye” qərarlaşıb. Jitomirlilər Leandro Andradenin hesabı açdığı oyunda “Obolon”u darmadağın etdi.
“Kolos” son 4 oyunda 3-cü qələbəsini qazanmaqla 8-ci pilləyə yüksəldi. “Levıy Bereq” – LNZ, “Çernomorets” – “Karpatı”, “Bukovina” – “Krivbass” oyunlarında isə hesab açılmadı.

10-cu tur
Şaxtyor – Zarya 0:0

Şaxtyor: Riznık, Qram (Elias, 86), Pedro Enrike, Matviyenko, Karavayev, Krıskiv (Qomes, 46), Nazarina, Bruninyo (Alison, 46), Neverton, İzaki (Prosper, 46), Traore (Meyrelles, 86).

Dinamo – Kudrovka 3:1
Veklyak, 28-öz qapısına. Mixaylenko, 46. Pixalenok, 79 – Mixavko, 67-öz qapısına.
Dinamo: Buşan, Mixavko, Dubinçak, Kencyora, Yarmolenko (Kabayev, 80), Sıç (Tımçik, 89), Brajko, Voloşin (Şola, 62), Mixaylenko, Şaparenko (Pixalenok, 73), Ponomarenko (Gerrero, 73).

Episentr – Xarkov 1:2
Kozak, 65 – Hacıyev, 48. Kastilyo, 90.

Polesye – Obolon 3:0
Andrade, 9. Krasnopir, 59. Veleten, 70.

Veres – Kolos 0:2
Salabay, 14. Stankovski, 53.

Levıy Bereq – LNZ 0:0

Çernomorets – Karpatı 0:0

Bukovina – Krivbass 0:0


1. Polesye 10 8 1 1 23-8 25
2. Şaxtyor 10 8 1 1 20-5 25
3. Xarkov 9 7 0 2 18-7 21
4. Dinamo 9 6 1 2 14-9 19
5. Karpatı 10 4 4 2 17-8 16
6. LNZ 10 4 3 3 10-9 15
7. Zarya 10 4 3 3 12-13 15
8. Kolos 9 3 2 4 12-13 11
9. Episentr 10 2 3 5 10-14 9
10. Bukovina 10 1 6 3 7-12 9
11. Veres 10 2 3 5 6-13 9
12. Levıy Bereq 9 1 5 3 6-8 8
13. Obolon 9 1 4 4 4-15 7
14. Çernomorets 9 1 3 5 5-11 6
15. Krivbass 8 1 3 4 7-13 6
16. Kudrovka 10 1 2 7 11-24 5

Bombardirlər: Krasnopir (Polesye) – 9, Zaberqca (Xarkov) - 6, Ponomarenko (Dinamo) – 5.

Növbəti turun oyunları oktyabrın 30-u – noyabrın 2-si aralığında keçiriləcək: Şaxtyor – Obolon, Levıy Bereq – Bukovina, Veres – Çernomorets, Kolos – Polesye, LNZ – Xarkov, Krivbass – Dinamo, Zarya – Episentr, Karpatı – Kudrovka.