Mahirin komandası məğlubiyyətə aludə olub...

19.09.2026 19:24 27
Dünya futbolu
Polşa çempionatında 9-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Rakuv” "Korona"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir qarşılaşmaya start heyətində başlayıb və 80-ci dəqiqədə əvəzlənib.

3 xalı olan “Rakuv” 18 komanda arasında sonuncu yerdədi.