• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yuventus”un 7 oyunluq seriyası qırıldı - İCMAL

Dünya futbolu

12-10-2024, 18:0

A seriyasının 7-ci turundan sonra lider dəyişmədi. Tura 1-ci yerdə başlayan “Napoli” evdə “Komo”ya 3:1 hesabıyla qalib gəlməklə mövqeyini qorudu.

Antonio Kontenin bu yaydan çalışdırdığı komandanın əsas izləyicisi isə xal itirdi. “Yuventus” öz meydanında “Kalyari” üzərində qələbəni son dəqiqələrdə əldən verdi. Görünür, Tyaqo Mottanın komandası həftəiçi Çempionlar Liqasında “Leyptsiq”i Almaniyada on nəfərlə qalandan sonra məğlub etdiyi (3:2) oyunda həddən artıq enerji itirib. A seriyasında son 5 oyunda 4-cü dəfə heç-heçə edən “Yuventus” 2-ci yerdəki mövqeyini itirdi.

Ona görə ki, “ağ-qaralar”ın əsas izləyicilərindən biri qalib gəldi. Maraqlıdı ki, eni xala malik olan “İnter” və “Torino” Milanda qarşılaşdı. Qonaqlar müdafiəçi Maripanın 20-ci dəqiqədə qırmızı vərəqə almasına görə son çempiona qarşı uzun müddət azlıqla mübarizə apardılar. Paolo Vanolinin komandası 2:3 hesabıyla uduzsa da, döyüşkən kollektiv olduğunu göstərdi. “İnter” Markus Türamın het-triki sayəsində liderin əsas izləyicisinə çevrildi.

Derbidə əzəli rəqibi “İnter” üzərində qələbə “Milan”a psixoloji cəhəttən müsbət təsir etmişdi. Mövsümə qeyri-qənaətbəxş başlayan vitse-çempion artıq 3 oyunluq qələbə seriyası yaxalamışdı. Lakin “Fiorentina” ilə səfər oyunu lombardiyalılar üçün uğursuz alındı. Bəlkə də Ernandes ilə Abraham penaltiləri qaçırmasaydılar nəticə üzücü olmaya bilərdi. Amma ispaniyalı De Xea kimi Menyan da florensiyalıların hücumçusu Kenin zərbəsini dəf etdi. Paulu Fonsekanın komandası 1:2 hesablı məğlubiyyətlə 4-cü yerdən 6-ya düşdü. “Yuventus”, “Latsio” və “Udineze” hərəyə 13 xalla 3-5-ci yerləri bölüşürlər.

7-ci tur
Napoli – Komo 3:1

Maktominey, 1. Lukaku, 53. Neres, 86 – Srefetsa, 43. (50000)
Napoli: Kaprile, Olivera (Spinatsola, 88), Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Lobotka (Gilmor, 90+1), Zambo Angissa, Kvaratsxeliya (Matsokki, 79), Politano (Neres, 79), Lukaku (Simeone, 88).

Yuventus Kalyari 1:1
D.Vlahoviç, 15-p. Marin, 88-p. (40557)
Yuventus: Di Qreqorio, Kambyaso, Qatti, Kalulu, Savona (Danilo, 70), K.Türam (Duqlas Luis, 62), Lokatelli (Makkenni, 62), Mbanqula (Yıldız, 77), Koopmeyners (Facoli, 46), Konseysao, D.Vlahoviç.

İnter – Torino 3:2
M.Türam, 25; 35; 60 – Sapata, 36. Vlaşiç, 86-p. (73348)
İnter: Zommer, Dimarko, Açerbi, Bissek (Pavar, 46), A.Bastoni (De Vrey, 82), Darmian (Dyumfris, 62), Mxitaryan (Zyelinski, 77), Çalhanoğlu, Frattezi, Lautaro Martines, M.Türam (Taremi, 68).

Atalanta – Cenoa 5:1
Retegi, 24; 50; 74-p. Ederson, 60. De Roon, 80 – Exator, 83. (23136)
Atalanta: Karnesekki, Kolaşinats, Hin, De Roon, Zappakosta, Ederson (Sulemana, 78), Paşaliç, Bellanova (Palestra, 78), De Ketelare (Samarciç, 69), Retegi (V.Vlahoviç, 78), Lukman (Zanyolo, 68).

Bolonya – Parma 0:0
(28400)
Bolonya: Ravalya, Likoyannis (Karlsson, 68), Erliç, Beukema, Holm, Moro (Urbanski, 46), Fröyler, Ebişer (Aylinq, 68), Ndoy (Miranda, 79), Orsolini (Fabbian, 46), Kastro.

Latsio – Empoli 2:1
Zakkanyi, 45+4. Pedro, 84 – Espozito, 9. (38000)
Latsio: Provedel, Tavareş (Luka Pelleqrini, 68), Romanyoli, Xila, Latsari (Maruşiç, 38), Rovella, Genduzi, Zakkanyi (Noslin, 87), İsaksen (Pedro, 73), Dia (Kastrovilli, 86), Kastelyanos.

Montsa – Roma 1:1
Mota, 70 – Dovbik, 61. (12021)
Roma: Svilar, Anxelinyo (Pizilli, 71), Ndika, Mançini, Kone, Kristante, Çelik (Baldantsi, 86), Əl-Şaaravi (Zalevski, 20), Lorentso Pelleqrini (Şomurodov, 86), Sule (Ermoso, 71), Dovbik.

Fiorentina – Milan 2:1
Adli, 35. Qudmundsson, 73 – Pulişiç, 60. (21923)
Fiorentina: De Xea, Qosens, Ranyeri, Komutso, Dodo, Bove, Adli (Biraqi, 77), Kataldi (Riçardson, 67), Qudmundsson (Kuame, 77), Kolpani (Kayode, 90+3), Ken.
Milan: Menyan, Ernandes, Tomori, Qabbya, Emerson, Fofana, Reynders, Leao (Okafor, 73), Pulişiç (Çukvueze, 82), Morata, Abraham.

Verona – Venetsiya 2:1
Tenqstedt, 9. Yoronen, 81-öz qapısına – Oristanino, 3. (25979)
Udineze – Leççe 1:0
Zemura, 75. (21441)

1. Napoli 7 5 1 1 14-5 16
2. İnter 7 4 2 1 16-9 14
3. Yuventus 7 3 4 0 10-1 13
4. Latsio 7 4 1 2 14-11 13
5. Udineze 7 4 1 2 10-10 13
6. Milan 7 3 2 2 15-9 11
7. Torino 7 3 2 2 12-11 11
8. Atalanta 7 3 1 3 16-13 10
9. Roma 7 2 4 1 8-5 10
10. Empoli 7 2 4 1 6-4 10
11. Fiorentina 7 2 4 1 9-8 10
12. Verona 7 3 0 4 12-12 9
13. Bolonya 7 1 5 1 7-9 8
14. Komo 7 2 2 3 10-14 8
15. Kalyari 7 1 3 3 5-11 6
16. Parma 7 1 3 3 10-12 6
17. Leççe 7 1 2 4 3-12 5
18. Cenoa 7 1 2 4 5-15 5
19. Montsa 7 0 4 3 5-9 4
20. Venetsiya 7 1 1 5 5-12 4

Bombardirlər: Retegi (Atalanta), M.Türam (İnter) - 7, D.Vlahoviç (Yuventus), Pulişiç (Milan) - 5, Kutrone (Komo) - 4.

Növbəti turun oyunları oktyabrın 19-21-i aralığında keçiriləcək: Komo - Parma, Cenoa – Bolonya, Milan – Udineze, Yuventus – Latsio, Empoli – Napoli, Leççe – Fiorentina, Venetsiya - Atalanta, Kalyari - Torino, Roma - İnter, Verona - Montsa.

Turun rəqəmi
7 – Nəhayət, “Yuventus”un qapısına yol tapan tapıldı. “Kalyari”nin oyunçusu Marin penaltini dəqiq yerinə yetirməklə turinlilərin 7 oyunluq seriyasına son qoydu. Qeyd edək ki, bu seriya ötən mövsümün “Montsa” ilə son matçından (2:0) başlamış və “Yuventus” bu mövsümün ilk 6 oyununda da qapısını toxunulmaz saxlamışdı.

Turun ulduzu
Mateo Retegi (Atalanta) – o, əvvəlki komandası “Cenoa” ilə oyunda “Atalanta”nın 5:1 hesablı qələbəsində 3 qol və 1 məhsuldar ötürmə ilə böyük pay sahibi oldu. Görünür, Mateo Genuyada özünü o qədər də rahat hiss etmirmiş. 25 yaşlı hücumçu ötən mövsüm “Cenoa”nın formasında A seriyasında keçirdiyi 29 oyunda 7 qol vurmuşdu. Artıq “Atalanta”da 7 oyuna bu göstəriciyə çatıb!

Turun sitatı
Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Derbidə uduzandan sonra ardıcıl 3 qələbə qazanmışıq. Özü də bu oyunların hər birində qələbəyə layiq oynamışıq. Çempionlar Liqasının “Mançester Siti” və “Srvena Zvezda” ilə matçlarında top buraxmamışdıq. Amma “Torino” qapımıza iki dəfə yol tapdı. Səhvlər bizə baha başa gələ bilərdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

3-05-2023, 17:0

Romada dramatik sonluq, “Napoli”nin çempionluğu təxirə salındı - TURUN ŞƏRHİ

Dünya futbolu

29-05-2023, 15:0

“Yuventus”un 12 illik seriyası qırıldı

Dünya futbolu

14-03-2023, 20:0

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Dünya futbolu / Reportaj

28-04-2023, 21:0

“Napoli”: skudettoya bir adım qaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

5-10-2024, 10:0

“Napoli” ilk dəfə lider oldu - İCMAL

Aktual
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
Son xəbərlər
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 205
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 130
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 130
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə