• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” öz rekordunu təkrarladı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-04-2024, 20:0

A seriyasının 30-cu turu İtaliyada Pasxa bayramına görə iki gündə - martın 30-da və aprelin 1-də keçirildi.

"Football-plus.az" xəbər verir ki, bazar ertəsi yekun vurulan turda “İnter” çempionluq yolunda daha bir addım atdı. Qeydə alınan nəticələrdən sonra avrokuboklara vəsiqələr uğrunda mübarizə daha da gərginləşdi.

Liqanın şəksiz lideri əvvəlki turda “Napoli” ilə evdə heç-heçə (1:1) oynamaqla çempionatda qələbə seriyasını 11-ə çatdıra bilməmişdi. Milanlıların “Empoli”yə qarşı matçda büdrəmək ehtimalı minimuma bərabər idi. Proqnoz doğruldu: Simone İnzaqinin komandası hər hissədə bir cavabsız qol vurmaqla qalib gəldi. Lider bu il A seriyasında keçirdiyi 12-ci oyununda 11-ci qələbəsini qazandı. Çempionatda artıq 24 oyundu (20 qələbə, 4 heç-heçə) uduzmayan “İnter”in əsas izləyicisi “Milan”la xal fərqi 14-ə bərabərdi. Bir faktı da qeyd edək. İnzaqinin komandası finişə 8 tur qalmış Çempionlar Liqasının (ÇL) gələn mövsümündə iştirakını rəsmiləşdirdi. “İnter” qitənin 5 aparıcı liqasında buna nail olan ikinci komandadı. Xatırladaq ki, Almaniya çempionatında inamla liderlik edən “Bayer-04” martın 30-da ÇL-in növbəti mövsümündə oynamaq hüququ qazanmışdı.

Əsas izləyicisi “Yuventus”un növbəti xal itkisindən maksimum yararlandı. Gözlənildiyi kimi, “Bolonya” evdə “Salernitana”nı məğlub etməkdə çətinlik çəkmədi. Autsayderə üç cavabsız qol vuran Tyaqo Mottanın komandası əsas hədəfə bir qədər də yaxınlaşdı. “Göy-qırmızılar” ÇL-ə sonuncu vəsiqəni verən 4-cü yerdəki mövqeyini bir qədər də möhkəmləndirdi. “Bolonya” artıq 3-cü yerdəki “Yuventus”dan yalnız 2 xal geri qalır.

Hesabat turu paytaxt komandaları üçün fərqli alındı. “Latsio” yeni baş məşqçi ilə evdə “Yuventus”a qalib gəlmişdisə, “Roma” Leççe səfərində büdrədi. Zədəsini yenicə sağaldan Dibalanın start heyətində yoxluğu qonaqların hücumda çətinliklərlə üzləşməsinə səbəb oldu. “Canavarlar” ilk dəqiqələrdən ev sahiblərinin aramsız hücumları ilə üzləşdilər. Luka Qottinin baş məşqçi vəzifəsinə təyinatından sonra “Leççe”də oyun planında dirçəliş açıq-aydın hiss olunur. Cənublular matç ərzində qapıya təxminən 30 zərbə endirdi. Bu səbəbdən Sviların işi çox çətin oldu. Amma o, qapısına yönələn bütün zərbələri dəf etməklə komandasına xal qazandırdı. Bir xal “Roma”nın 5-ci yerdəki mövqeyini dəyişmədi. Amma Daniele De Rossinin komandası ÇL-ə vəsiqə uğrunda mübarizədə əsas rəqiblərdən sayılan “Bolonya”dan 5 xal geri düşdü. Əlavə edək ki, “Roma” növbəti turda əzəli rəqibi “Latsio” ilə qarşılaşacaq.

30-cu tur
İnter – Empoli 2:0
Dimarko, 6. Sançes, 81. (71551)
İnter: Audero, A.Bastoni (Dyumfris, 77), Açerbi, Pavar, Dimarko (Auqusto, 69), Darmian, Mxitaryan (Frattezi, 84), Barella, Çalhanoğlu (Asllani, 69), Türam, Lautaro Martines (Sançes, 77).
Bolonya – Salernitana 3:0
Orsolini, 14. Salemakers, 44. Likoyannis, 90+2. (27255)
Bolonya: Ravalya, Likoyannis, Kalafyori, Lukumi, Poş (De Silvestri, 83), Ebişer, Fröyler (Urbanski, 74), Salemakers, Ferqyuson (Fabbian, 74), Orsolini (Zirkzee, 64), Odqor (Ndoye, 64).
Leççe – Roma 0:0
(29031).
Roma: Svilar, Anxelinyo, Ndika (Höysen, 46), Mançini, Karsdorp (Çelik, 84), Bove (Auar, 84), Paredes, Kristante, Zalevski (Əl-Şaaravi, 64), Baldantsi (Dibala, 84), Lukaku.
Turun digər oyunlarının nəticələri: Napoli – Atalanta 0:3 (Mirançuk, 26. Skamakka, 45. Koopmeyners, 88. 50000), Latsio – Yuventus 1:0 (Maruşiç, 90+3. 57000), Fiorentina – Milan 1:2 (Dunkan, 50 - Loftus-Çik, 47. Leao, 53. 34273), Torino – Montsa 1:0 (Sanabriya, 69-p. 24286), Cenoa – Frozinone 1:1 (Qudmundsson, 30-p. – Reynir, 36. 31462), Sassuolo – Udineze 1:1 (Defrel, 41 – Toven, 44. 11512), Kalyari – Verona 1:1 (Sulemana, 74 – Bonatsoli, 30. 16000).
1. İnter 30 25 4 1 73-14 79
2. Milan 30 20 5 5 57-34 65
3. Yuventus 30 17 8 5 44-24 59
4. Bolonya 30 16 9 5 45-25 57
5. Roma 30 15 7 8 55-35 52
6. Atalanta 29 15 5 9 54-32 50
7. Latsio 30 14 4 12 37-33 46
8. Napoli 30 12 9 9 44-36 45
9. Torino 30 11 11 8 29-26 44
10. Fiorentina 29 12 7 10 42-34 43
11. Montsa 30 11 9 10 32-37 42
12. Cenoa 30 8 11 11 32-37 35
13. Leççe 30 6 11 13 26-45 29
14. Udineze 30 4 16 10 29-45 28
15. Verona 30 6 9 15 27-40 27
16. Kalyari 30 6 9 15 30-51 27
17. Frozinone 30 6 7 17 38-61 25
18. Empoli 30 6 7 17 22-45 25
19. Sassuolo 30 6 6 18 34-57 24
20. Salernitana 30 2 8 20 23-62 14
Bombardirlər: Lautaro Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 15, Dibala (Roma), Jiru (Milan) - 12.
Növbəti turun oyunları aprelin 5-8-i aralığında keçiriləcək: Salernitana – Sassuolo, Milan – Leççe, Roma – Latsio, Empoli – Torino, Frozinone – Bolonya, Montsa – Napoli, Kalyari – Atalanta, Verona - Cenoa, Yuventus – Fiorentina, Udineze – İnter.

Turun rəqəmi

25 - “İnter” evdə “Empoli”dən maksimum xal aldı. İlk 30 turda 25-ci qələbəsini qazanan milanlılar öz rekordunu təkrarladılar. “İnter” ilk dəfə belə göstəriciyə 2006/07 mövsümündə Roberto Mançininin başçılığı altında nail olmuşdu.

Turun ulduzu
Aleksey Mirançuk (Atalanta) - rusiyalı futbolçu komandasının çətin Neapol səfərində maksimum xal qazanmasında böyük rol oynadı. Məhz onun hesabı açması və Skamakkaya verdiyi məhsuldar ötürmə berqamoluların evə 3:0 hesablı qələbə ilə dönməsində mühüm təsirə malik oldu. Son oyunlarda məhsuldar çıxışı ilə diqqəti cəlb edən Aleksey A seriyasında qollarının sayını 3-ə, məhsuldar ötürmələrinin sayını isə 4-ə çatdırdı.

Turun sitatı
Stefano Takkoni, “Yuventus”un sabiq qapıçısı:

“Apreldə stadiona qayıdacaq, “Milan”la oyuna baxacağam. Hərçənd bu “Yuventus” o qədər də yaxşı görünmür: Alleqrinin təbliğ etdiyi oyun darıxdırıcı, komandası adidi. Bizim vaxtımızda Furino ilə Tardelli vardı. İndi isə meydanda çox sayda pişik görürəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-04-2022, 15:0

“İnter” 12 oyunluq seriyanı qırdı

Dünya futbolu

12-04-2023, 13:0

“Napoli” tarixində daha bir ilki reallaşdırdı - ŞƏRH

Dünya futbolu

11-05-2023, 13:0

''İnter'' son 43 ildə bunu ilk dəfə bacardı

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 16:0

A Seriyasının 35-ci TURUNUN ŞƏRHİ

Aktual
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
Son xəbərlər
  • Bu gün, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Bu gün, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Bu gün, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Bu gün, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Bu gün, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə