"Sumqayıt"ın Misli premyer-liqasının 10-cu turunda "Şəfa"nı hansı stadionda qəbul edəcəyi müəyyənləşib. Bu barədə "Football-plus.az"a "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.
Klub rəsmisi paytaxt təmsilçisinə qarşı matçın da "SOCAR Polymer Arena"da keçiriləcəyini bildirib.
Həmkarımızın sözlərinə görə, dünən PFL-in əməkdaşları tərəfindən "Mehdi Hüseynzadə"nin ot örtüyünə baxış keçirilib. Nəticədə qazonun hələ premyer-liqa matçları üçün hazır olmadığı qənaətinə gəlinib.
"Sumqayıt" 12-ci turda evdə "Sabah"la qarşılaşacağı matçı "Mehdi Hüseynzadə"də keçirməyi planlaşdırır. "Şəfa"ya qarşı matç noyabrın 2-də, "Sabah"la oyun isə 20-də baş tutacaq. Hər iki qarşılaşma saat 19.00-da start götürəcək.
KƏNAN BAHADIR
"Sumqayıt"ın "Mehdi Hüseynzadə" həsrəti daha uzun müddət davam edəcək! - "gənclik şəhəri"ndə nə baş verir?
Ölkə futbolu / Manşet





