15 yaşadək futbolçulardan ibarət millimiz Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Litva ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Aleksandr Qrossun rəhbərlik etdiyi komandamızın heyətində Zəfər İbrahim fərqlənib. Penaltilər seriyasında 2:1 hesabı ilə üstün olan yığma turniri qələbə ilə başa vurub.
U-15 millimiz ilk matçda Latviyaya 0:3, ikinci görüşdə isə Maltaya 0:1 hesabı ilə məğlub olub.
Yığma Maltadakı turnirdə Litvaya qalib gəldi
Ölkə futbolu





