“Turan Tovuz” bir saat azlıqda oynayan “Neftçi”ni məğlub edə bilmədi - REPORTAJ

27.10.2026 13:28 36
Ölkə futbolu / Reportaj
Neftçi (Bakı) – Turan Tovuz 1:1 (1:0)
1. Emil Balayev (k) – 5,0
3. Rüfət Abbasov – 5,0
5. İqor Ribeyro – 3,0
55. Endryu Qravilyon – 4,5
77. Falaye Sako - 4,0
88. Viçko Şevel - 4,5
27. Draqolyub Saviç 4,0
(18. İfeanyi Metyu, 46) – 4.0
20. Qustavo Klisman 4,5
(22. Denzel Jubitana, 90) - qiymətsiz
11. Alen Şkribek – 4,0
(14. Elvin Bədəlov, 32) – 4,0
33. Breno Almeyda – 5,0
(7. Emil Səfərov, 78) – qiymətsiz
10. Freddi Varqas – 4,5
(97. Bassala Sambu, 78) – qiymətsiz
Ehtiyat oyunçular
93. Rza Cəfərov
91. Nurəziz Əzizov
6. Sessi Dalmeyda
24. Mustafa Sek
29. Lübomir Tupta
26. Adeleke Akinyemi
70. Andrey Ştoqrin
Baş məşqçi: Yuri Vernidub
Komandanın ən yaxşısı: Breno Almeyda

1. Oleq Baklov - 4,5
4. Rahil Məmmədov - 4,5
(19. Roberto Olabe, 65) – 3,5
32. Hayderson Urtado (k) – 4,5
3. Enrike Silva – 4,0
(25. Denis Marandiçi, 65) – 4,0
21. Stiv Beusnar – 4,0
(8. David Tavareş, 65) – 4,0
23. Alexandro Serrano – 4,5
(17. Rəhim Sadıxov, 88) – qiymətsiz
7. Xorxe Silva – 4,5
33. Filip Damyanoviç - 4,0
11. Dioqo Balau – 4,0
(28. Aleksa Yankoviç, 65) – 4,5
90. Jo Batista – 4,5
77. İbrahima Vaci – 5,0
Ehtiyat oyunçular
35. Aleksey Kenyaykin
13. Mehman Hacıyev
88. Faiq Hacıyev
99. Sadiq Şəfiyev
5. Roderik Miller
15. Emmanuel Hakman
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: İbrahima Vaci

Qollar: B.Almeyda, 44 (1:0, R.Abbasov). A.Yankoviç, 73 (1:1, D.Tavareş).
Vərəqələr: Q.Klisman, 42 (qeyri-idman hərəkəti). D.Balau, 52 (qeyri-idman hərəkəti). E.Bədəlov, 70 (oyunun bərpasının ləngidilməsi). X.Silva, 74 (qeyri-idman hərəkəti). V.Şevel, 86 (qeyri-idman hərəkəti). H.Urtado, 90 (qeyri-idman hərəkəti) – sari. İ.Ribeyro, 29 (ciddi qayda pozuntusu) – qırmızı.
Hakimlər: ƏLİ ƏLİYEV, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
24 oktyabr. Bakı. “Palms Sports Arena”. 4460 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 4,5.

Ardıcıl iki oyunda xal itirən “ağ-qaralar” elə ötən tur liderliyi əldən vermişdi. Bu görüşdə onların yenidən turnir cədvəlində 1-ci pilləyə yüksəlmək imkanı var idi. Axı turun mərkəzi oyununda flaqmanın iki əsas rəqibi – “Sabah”la “Qarabağ” qarşılaşırdı. Bu isə “Neftçi” üçün fürsət idi. Digər tərəfdə gözlənilmədən xallar itirən, son matçda “İmişli”yə uduzan “Turan Tovuz” var idi. Hətta məzmunsuz oyuna görə “bozqurd”un baş məşqçisi Kurban Berdıyevi istefaya çağıranların da sayı artmışdı.

Qonaqlar oyunun əvvəlində özünü qonaq kimi aparmadı. İlk dəqiqələrdən rəqibə təzyiq göstərən tovuzlular 7-ci dəqiqədə “ağ-qaralar”ın qapısı önündə təhlükə yarada bildi. Xorxe Silvanın küncdən zərbə zamanı etdiyi ötürməni Hayderson Urtado qapıya yönəltsə də, Emil Balayev inamlı çıxış edərək topu uzaqlaşdırdı. 2 dəqiqə sonra Xorxe Silva özü zərbə endirdi, bu dəfə də qolkiper topu dəf etdi. Bakılıların ilk təhlükəli hücumu 21-ci dəqiqəyə təsadüf etdi. Meydanın mərkəzindən topu irəli daşıyan Breno Almeydanın qapıya zərbəsi zəif alındı. 26-cı dəqiqədə qonaqların küncdən zərbə zamanı yaratdığı daha bir təhlükənin qarşısını Balayev aldı. 29-cu dəqiqədə əks-hücuma çıxan İbrahima Vacinin qarşısını İqor Ribeyro çox kobud şəkildə – başına ayaq zərbəsi endirərək kəsdi. Bu ciddi qayda pozuntusuna görə referi flaqmanın futbolçusunu birbaşa qırmızı vərəqə ilə meydandan qovdu. Belədə azlıqda qalan komandasının oyundan qopmaması üçün Yuri Vernidub Şkribeki Elvin Bədəlovla əvəzləməyi lazım bildi. 34-cü dəqiqədə hücuma dəstək üçün irəli çıxan Rahil Məmmədov akrobatik zərbə endirsə də, top meydanı tərk etdi. 36-cı dəqiqədə Serranonun qapıya göndərdiyi topu Balayev uzaqlaşdırdı. Sürətli hücum quran “Neftçi”də Saviç Varqasa, o isə Abbasova ötürmə verdi. Rüfət də rəqibin cərimə meydançası daxilində yaxşı mövqe seçən Brenonu “gördü”. Braziliyalı futbolçu topu başla rəqib qapısından keçirdi. Hakim Saviçin mümkün oyundan kənar vəziyyətdə olmasını yoxlayandan sonra qolu qeydə aldı. Beləliklə, azlıqda qalan “Neftçi” paltardəyişmə otağına öndə yollandı.

İkinci hissədə yenidən topa daha çox davranan qonaqlar bu dəfə təzyiqi bir qədər də artırdı. 62-ci dəqiqəsində rəqibin cərimə meydançasına qonaq futbolçular fərqlənməyə yaxın olsalar da, qarışıqlıqda bir-birini başa düşmədilər. “Bozqurd”un bu təzyiqi 10 dəqiqə sonra özünü doğrultdu. 72-ci dəqiqədə Tavareşin ötürməsindən sonra Yankoviç topu rəqib qapısından keçirdi. Hissənin sonluğu qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişmədi. Beləliklə, “Neftçi” ardıcıl 3-cü oyunda xal itirdi, “Turan Tovuz” isə çempionluğa iddialı komandaya səfərdə uduzmadı. Hərçənd tovuzluların bir saat azlıqda qalan rəqibə qarşı oynadığını nəzərə alsaq, 1 xala sevinmələrinə dəyməz.

Gözdən qaçmadı
* “Turan Tovuz” azarkeşləri matçdan öncə kiçik xoreoqrafiya hazırlamışdı.
* Qonaqların azarkeş qrupu “Hunnans” əvvəlcə tribunanın solunda qərarlaşsa da, daha sonra sağına keçdi.
* “Sabah”la oyunda açılan pankart hələ də sökülməmişdi.
* Matçı izləyənlər arasında “Turan Tovuz”un idarə heyətinin sədri Ehtiram Quliyev də var idi. O matçdan sonra miks-zonada Emil Balayevlə görüşdü.

İSRAYIL XEYRULLAYEV