140 çüdoçu arasında 5 azərbaycanlı da olacaq - Asiya Kuboku

27.10.2026 13:09 36
İdman
31 oktyabr – 1 noyabr tarixlərində İordaniyanın paytaxtı Ammanda cüdo üzrə gənclər arasında Asiya Kuboku keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, beynəlxalq yarışda ölkəmizi 4 çəki dərəcəsində 5 cüdoçu təmsil edəcək. İdmançılarımız tatamiyə gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxacaqlar.

Asiya Kubokunda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.

Qızlar
-48 kq

Gülşən Hüseynova
Gülgəz Musayeva

-52 kq
Çinarə Sadıqova

-57 kq
Aytən Verdiyeva

-63 kq
Ayan Əliyeva