“Mehdi Hüseynzadə” hazırdı, “Sumqayıt” isə...

7.09.2026 17:31 135
Ölkə futbolu
Ot örtüyü yararsız vəziyyətə düşən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri aparılırdı. Daha əvvəl xəbər verdiyimiz kimi, stadionda ot örtüyünün yenilənməsi artıq başa çatıb və hazırda otun bərkiməsi gözlənilir.

Misli premyer-liqasının 5-ci turunda “Sumqayıt” növbəti ev oyununu keçirəcək. Hazırda PFL-in saytında yerləşdirilən məlumata əsasən, “gənclik şəhəri” təmsilçisi “Şamaxı”nı da “SOCAR Polymer Arena”da qəbuk edəcək. Lakin daha öncə klubun mətbuat katibindən əldə etdiyimiz məlumata görə, matçın hələ də “Mehdi Hüseynzadə”də keçirilməsi ehtimalı var.

Bu məsələ ilə bağlı yenidən “Sumqayıt”ın rəsmisi Zaur Xudiyevə müraciət etdik:

“Növbəti ev oyunu ilə bağlı hələ qərar verilməyib”.

İSRAYIL XEYRULLAYEV