U-15 millimizin Bakıda keçirilən dünya çempionatında növbəti rəqibi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, ümumilikdə 65-98-cı yerlər uğrunda turun 1/16 final mərhələsinin cütləri məlum olub.
Yığmamız bu raundda Çili ilə qarşılaşacaq. Sabah keçiriləcək matç saat 11.30-da start götürəcək.
Cütün qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə həmin cütün məğlubu ilə qarşılaşacaq.
Milli AF qrupunu 3-cü sırada bitirib.
C Liqasının digər cütləri:
11.30. Fransa - Trinidad və Tobaqo
11.30. Yaponiya - Mozambik
11.30. Benin - Kuba
11.30. Uqanda - Yəmən
11.30. Tunis - Namibiya
11.30. Nigeriya - Yeni Kaledoniya
11.30. İndoneziya - Moldova
11.30. Tailand - Əfqanıstan
11.30. Panama - Qazaxıstan
11.30. Honduras - Hindistan
12.45. Vyetnam - Ruanda
12.45. Macarıstan - Malavi
12.45. Lüksemburq - Liberiya
12.45. Şotlandiya - Nikaraqua
Millimizin rəqibi bəlli oldu
Ölkə futbolu





