"Sabah" Fransa komandası ilə bacara biləcəkmi?

27.10.2026 11:33 45
İdman
“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti matçını keçirəcək.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz üçüncü turda Fransanın “Nanter 92” kollektivini qəbul edəcək.

Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.

“Sabah” ilk turda səfərdə Litva "Ritas"ına 73:82, 2-ci turda isə “Trabzonspor”a 83:100 hesabı ilə məğlub olub.

Hazırda A qrupuna 4 xalla “Trabzonspor” başçılıq edir. “Nanter 92” və “Ritas”ın üç xalı var. “Sabah” isə 2 xalla sonuncu pillədədi.