Bəs, komanda bunu nəyin hesabına bacara bilər? Hazırda milli üçün çıxış yolu görünürmü?
Bu sualları təcrübəli mütəxəssis Ağasəlim Mircavadova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Heyət zəifdi. Komandada qol vuran futbolçular olmalıdı. Bizim klubların əksəriyyətində hücumçular legionerdi. Bu gün əksər oyunçular öz klublarında az oynayır. Bunun nəticəsidi ki, millidə təcrübə çatışmazlığı, xətlərarası əlaqədə anlaşmazlıqlar hiss olunur. Görünür ki, Ayxan Abbasov futbolçulara güvənir, sadəcə, oyunçular bir-birinə inanmır. Elə matçlar olur ki, oyun yox, nəticə vacib olur. Lixtenşteynlə matç da həmin görüşlərdən idi. Qələbə qazansaq, komanda Litva ilə həlledici matçda psixoloji baxımdan rahat olacaqdı, bu qədər təzyiq hiss etməyəcəkdilər. Təəssüf ki, alınmadı. Həmçinin hər oyundan sonra komandalara vaxt lazımdı ki, geridə qalan matçı təhlil etsinlər. Millətlər Liqasında oyunlar üçgündənbir olduğuna görə bunun üçün lazım olan vaxt yoxdu. Görünür, məşqçilər korpusu yalnız oktyabrın 4-də keçiriləcək görüşdən sonra səhvləri təhlil etməyə başlayacaq. Yenə də inanıram ki, milli son iki oyunda qələbə qazanacaq. Məncə, bunun üçün cinahlarla bağlı daha çox iş görülməlidi. Çünki Litva ilə matçda da qapı önündə sıxlıq olacaq. Cinah hücumçuları həmin futbolçuları kənarlara çəkməli, mərkəzdəki oyunçuların işini asanlaşdırmalıdı. Kəsəsi, hər şey cinah oyunçularından asılı olacaq”.
KƏNAN BAHADIR






