Ayxan Abbasov Lixtenşteynlə oyundan əvvəl nə deyəcək?

28.09.2026 21:38 18
Ölkə futbolu
Millimiz Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.

"Football-plus.az" qarşılaşma öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtlarını diqqətinizə çatdırır:

30 sentyabr
Lixtenşteyn milli komandası

16.15. Mətbuat konfransı
16.45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
19.15. Mətbuat konfransı
20.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika stadioununda keçiriləcək.