“Football-plus.az” xəbər verir ki, “cırtdan” üçün əlamətdar hadisə ilə bağlı icmal yerli mətbuatda işıq üzü görüb. Sizi “lie24.li” nəşrinin məqaləsi ilə tanış edirik:
“Lixtenşteyn Bakıda əzmkar və qərarlı performans sərgilədi və bunun qarşılığını aldı. Millətlər Liqasında mövsümdə ilk xalını qazanan milli qələbə də qazana bilərdi. Lakin qol epizodlarını dəyərləndirmək mümkün olmadı. Yenə də son iki matçda Litva və Maltaya uduzan yığma çətin səfər oyununda təslim olmamaqla şücaət nümayiş etdirdi. Düzdü, meydan sahibləri oyuna yaxşı başladı və artıq 1-ci dəqiqədə hesabı açmaq fürsəti əldə etdi. Lakin Lixtenşteyn hadisələrin axarına uyğunlaşmaqda çətinlik çəkdi. İlk hissə qolsuz “sülh”lə başa çatdı. İkinci yarıda Azərbaycan təzyiqi artırsa da, yenə də istəyinə çata bilmədi. Hətta qonaqlar bir çox epizodda daha təhlükəli hücumlar qurdu. Sonda Lixtenşteyn evə böyük qürur hissi ilə qayıtmağa nail oldu. Artıq milli bu uğuru ilə öyünə bilər”.
KƏNAN BAHADIR






