Lixtenşteyn və Litvaya qarşı oyunların biletləri satışda

7.09.2026 19:00 108
Ölkə futbolu
Millimizin yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşlərin biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, millimiz yoldaşlıq görüşü çərçivəsində sentyabrın 23-də, saat 20.00-da "8-ci kilometr" stadionunda Tacikistanla görüşəcək. Həmçinin, yığmamız oktyabrın 1-də, saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, 4-də saat 17.00-da isə "8-ci kilometr" stadionunda Litva ilə üz-üzə gələcək.

Bilet satışı "iticket.az" vasitəsi ilə həyata keçirilir.