Millətlər Liqasında D liqasının qalibi olmaq sırf C liqasına yüksəlmək baxımından heç nə qazandırmır, onsuz da turnirin yeni mövsümündə sonuncu liqa ləğv olunacaq. Sadəcə, liqanın qalibi olmaq Avropa çempionatının final mərhələsinə vəsiqə ilə bağlı cüzi şans, kövrək ümidlər verir deyə, istər-istəməz adamın qanı qaynayır. Lixtenşteyni məğlub edə bilməyən komandanın AÇ-ni arzulaması nə qədər əcaib görünsə də, Azərbaycanın şansı hələ də yetərincə yüksəkdi. Necə? Birlikdə baxaq.
Xatırladım ki, D liqasında 3 tur arxada qalıb. İki qrupun komandalarını vahid turnir cədvəlində birləşdirəndə belə mənzərə alınır:
1. Litva 2 1 1 0 3-1 4
2. Malta 2 1 1 0 3-2 4
3. Azərbaycan 2 0 2 0 1-1 2
4. Cəbəllütariq 2 0 2 0 1-1 2
5. Andorra 2 0 1 1 1-2 1
6. Lixtenşteyn 2 0 1 1 0-2 1
İndi isə qalan oyunların təqviminə baxaq:
4 oktyabr. Malta – Andorra
4 oktyabr. Azərbaycan - Litva
13 noyabr. Andorra – Cəbəllütariq
13 noyabr. Lixtenşteyn – Azərbaycan
16 noyabr. Cəbəllütariq – Malta
16 noyabr. Litva - Lixtenşteyn
Beləliklə, Azərbaycan bazar günü evdə Litvanı, noyabrın 13-də səfərdə Lixtenşteyni məğlub edir, ardından səbirsizliklə Cəbəllütariq – Malta oyununun nəticəsini gözləyir, daha doğrusu, qonaqların həmin gün xal itirməsini arzulayır. İndiki məqamda bütün dediyim variantlar nə qədər çətin görünsə də, bir o qədər də realdı. Amma siz sonda məndən soruşsaz ki, “Lixtenşteyni uda bilməyən komandanın hadisələrin xoş axarı nəticəsində AÇ-nin pley-offundə oynaması nə dərəcədə düzgündü”, təbii ki, onda cavabım “düzgün deyil” olacaq. Allah bilən məsləhətdi...
ORXAN
Azərbaycan yenə D liqasının qalibi ola bilər! – amma buna layiqdimi?
Ölkə futbolu / Manşet






