Millimiz Millətlər Liqasının D Liqasında Bakıda Lixtenşteynlə heç-heçə etdi - 1:1.
"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Konrad Fünfstük oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azərbaycana ilk səfərimdi. Burda olmaqdan şadam. Azərbaycan mədəniyyətini tanıdım. AFFA-ya qonaqpərvərliyi üçün təşəkkür edirəm.
- Oyun başa çatdıqdan sonra heç-heçəni böyük sevinclə qeyd etdiz. Bunun səbəbi sonuncu dəfə iki il əvvəl xal qazanmağınız idi?
- 40 min əhalisi olan ölkəyik. Oyundan əvvəl favorit deyildik. Matça yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin 20 milyon avro dəyəri var. Əlbəttə, bu nəticə bizi çox sevindirdi.
- Maraqlıdı, həqiqətənmi Lixtenşteynin milli üzvlərinin 80-90 faizi başqa sahələrdə çalışırlar və yalnız oyunlar zamanı bir araya gəlirlər?
- Bəli, doğrudu. Biz peşəkar komanda deyilik. Lakin hər bir kollektiv kimi bizim də planımız var. Lixtenşteyn oyunçularının çox az hissəsi futbol maaşı ilə dolanır. Əksər oyunçular başqa sahələrdə işləyir. Hər şeyə rəğmən, daim inkişaf etmək istəyirik.
Lixtenşteynli jurnalistin sualı isə belə oldu.
- Komanda hücumlar etdi. Qələbə qazanmağa yaxın idi. Bu haqda nə deyərdiz?
- Biz qazandığımız hər xal üçün sevinirik. Bəli, çoxlu qol şanslarımız oldu. Amma yenə də özümüzü inkişaf etdirməli, daha yaxşı olmalıyıq. Hər oyun inkişaf edirik. Təəssüf ki, bu gün hədəfə çata bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik.
"Biz peşəkar komanda deyilik" - Lixtenşteyn millisinin baş məşqçisi
Ölkə futbolu / Manşet






